Azərbaycanda əmtəə bazarı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 11,8 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, istehlak mallarının 50,5%-ni qida məhsulları, içkilər və tütün məmulatları, 49,5%-ni qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,3% bəndi artıb.

Bu ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən 10,2% artaraq 1,5 mln. manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,3%-ni hüquqi, 21,7%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 90,3%-ni qeyri-ərzaq malları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə