Gömrük rüsumlarından dövlət büdcəsinə 184,47 milyon manat daxil olub
Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-iyun aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 732,81 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun təxminən 48 faizini təşkil edir. Bu barədə SİA Komitənin rəsmi saytına istinadən məlumat verir.
Ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxilolmalar 14,53 faiz artıb. Məlumata görə, yanvar-iyun aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 184,47 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 513,03 milyon manat, aksizlər 27,43 milyon manat, yol vergisi isə 7,88 milyon manat təşkil edib.
DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB