Natiq Əliyev honduraslı nazirlə görüşdü

Natiq Əliyev honduraslı nazirlə görüşdü

Ölkəmizdə rəsmi səfərdə olan Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olmuşdur.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, energetika naziri Natiq Əliyev Honduras nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib. Bildirilib ki, qarşılıqlı investisiya qoyuluşu sahəsində geniş imkanlar mövcuddur. Azərbaycan iş adamları dünyanın bir çox ölkələrinə investisiya yatırır, layihələr həyata keçirirlər. Bu baxımdan iş adamları arasında əlaqələrin qurulması üçün biznes forum və sərgilərin keçirilməsi məqsədəuyğundur.

Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Rivera iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədilə aparılan fikir mübadiləsinin faydalı olduğunu qeyd edib, ölkəsinin iqtisadiyyatına və potensial layihələrə dair ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə