Günəşli” yatağında yeni quyu istismara verildi

Günəşli” yatağında yeni quyu istismara verildi

Xəzər dənizinin Azərbaycan sektorundakı "Günəşli" yatağındakı 11-cü özüldən 307 nömrəli quyu qazmadan sonra istismara verilib. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, "SOCAR AQŞ" müştərək müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu 3285-3259 metr intervaldan fontan üsulu ilə sutkalıq 70 ton neft və 16000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə