Bu rayonlarda qaz olmayacaq XƏBƏRDARLIQ

Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya məlumata görə, qaz nəqli sistemində quraşdırma işlərinin aparılması, qaz ölçü qovşağının yenidən qurulması, mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi və siyirtmənin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 16:00-dək Suraxanı, saat 18:00-dək Qəbələ rayonuna, Xəzər rayonunun bir hissəsinə, həmçinin işlər başa çatanadək Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə