Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturuna daxil olan müəssisə və təşkilatlar, həmçinin müştərək müəssisələr üçün müasir tələblərə cavab verən fəhlə kadrlarının hazırlanması mühüm əhəmiyyət daşıyan məsələlərdən biri kimi daim diqqət mərkəzindədir.
SİA Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, şirkətin təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) avtomatik idarəetmə sistemi üzrə operator, elektrik montyoru, kompressor qurğusu maşinisti, təmirçi çilingər, texnoloji qurğuların operatoru və qablaşdırma üzrə operator ixtisasları üzrə növbəti sənəd qəbulu elan edib.
Müsabiqədə Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları, həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsi üzvləri, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli yaşı 29-dan yuxarı olmayan gənclər iştirak edə bilərlər.
Müsabiqə iki əsas mərhələdən ibarət olacaq: müsahibə və test imtahanı. Sənəd qəbulu elektron formada həyata keçirilir.
Müraciət etmək istəyən şəxslər www.socar.az saytının ''Karyera'' panelində Təlim Mərkəzinə sənəd qəbulu bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər 13 iyul 2014-cü il tarixinədək qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə