İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nəsimi rayonunda 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 18/3 ünvanında Samir Xanlarova məxsus kafedə;
M.Cəfərov küçəsi, ev 10 ünvanında Kərim Səmədova məxsus mağazada;
Xəzər rayonunda
Qala qəsəbəsi, Qala-Pirallahı yolunda Elşad Ağayevə məxsus mağazada;
Qala qəsəbəsi, Qala Stansiyasında Vahid Bayrambəyova məxsus mağazada;
Xətai rayonunda
Xocalı prospekti, ev 19 ünvanında Yaşar Əfəndiyevə məxsus mağazada;
General Şıxlinski küçəsi, ev 56 ünvanında Roza Həsənovaya məxsus mağazada;
Binəqədi rayonunda:
İ.Dadaşov küçəsi, ev 60 ünvanında Xanımbacı İsmayılovaya məxsus mağazada;
Sumqayıt şəhərində
Sumqayıt- Novxanı yolunda Fikrət Əliyevə məxsus "Diana" istirahət mərkəzində;
Sahil zolağında Fəxrəddin Məmmədova məxsus kafedə normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nizami rayonunda
Q.Qarayev prospekti, ev 82K ünvanında Calal Musayevə məxsus mağazada;
Xəzər rayonunda
Qala qəsəbəsi, Zeytun Sovxozu, 3, ev 97 ünvanında Nurəli Behbudova məxsus mağazada;
Şüvalan qəsəbəsi, Dəniz küçəsi, ev 2/7 ünvanında Nadir Səfərova məxsus mağazada;
Xətai rayonunda
Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 39 ünvanında Aybəniz Xanbabayevaya məxsus mağazada;
X.Məmmədov küçəsində Arif Beydiyevə məxsus kafedə;
Gədəbəy şəhərində
H.Əliyev prospektində Vüqar Ruşanova məxsus mağazada;
S.Vurğun küçəsində Ramiz İbrahimova məxsus mağazada;
Mingəçevir şəhərində
Puşkin küçəsi, ev 20A ünvanında Sərvər Kərimova məxsus mağazada;
Saatlı şəhərində
H.Əliyev prospektində Müşfiq İbadova məxsus mağazada;
M.F.Axundov küçəsində Səmədağa Səməndərova məxsus mağazada;
Qusar şəhərində
N.Şərifov küçəsində Şamil Sadirova məxsus mağazada;
Xaçmaz şəhərində
R.Behbudov küçəsində Eşqin Bahadırova məxsus mağazada;
Şamaxı rayonunda
Mədrəsə qəsəbəsində Sunnad Hüseynova məxsus mağazada;
Zaqatala şəhərində
Bazar-2 sahəsində Aydın Ömərova məxsus mağazada;
Füzuli rayonunda
Horadiz şəhəri, H.Əliyev prospektində Elmir Abdullayevə məxsus mağazada;
Tərtər şəhərində
Nizami küçəsində Nəzər Nəzərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, monitorinqlər zamanı 370 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB