Bu gün Bakıda daha bir prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, saat 11:00-dan etibarən xətlənmə işlərinin aparılması ilə əlaqədar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından "Buta Palace"-a qədər olan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq: "Bununla yanaşı, xətlənmə işlərinin aparılması ilə əlaqədar "Buta Palace"-dan Sabunçu yol qovşağına qədər olan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Hər iki ərazidə xətlənmə işlərinin saat 18:00-da başa çatdırılması nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB