Avstriyanın "TenCate Geosynthetics GmbH" şirkətinin məhsulları Azərbaycanda FOTO

Avstriyanın "TenCate Geosynthetics GmbH" şirkətinin məhsulları Azərbaycanda FOTO

300 illik tarixə malik Avstriyanın Royal TenCate Group-un hissəsi olan "TenCate Geosynthetics GmbH" İnşaat sahəsində geosintetik məhsullar istehsal edən dünya lideridir. 30 ildən atıqdır ki, "TenCate Geosynthetics GmbH" şirkətinin istehsal etdiyi geosintetik məhsullardan dünyanın əksər ölkələrində ən iri inşaat layihələrində istifadə olunur. Royal TenCate Group-un tərkib hissəsi kimi TenCate Geosynthetics şirkətinin Şimali Amerika, Avropa (Niderlandda yerləşir) və Asiyada nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər 2 böyük kommersiya qurumlarından ibarətdir: TenCate Geosynthetics və TenCate Industrial Fabrics.

TenCate Geosynthetics

TenCate Geosynthetics kommersiya qurumu Avropada 3 brend altında istehsal etdiyi məhsullarla geosintetik sənayeni təmin edir: TenCate Polyfelt®, TenCate Bidim®, TenCate Miragrid™. Şirkət avtomobil və dəmir yollarının bünövrə qatını, istinad divarları, hidravlik qurğular, sahilboyu bəndlər, tunellər, tullantı məhsullarının toplanma yerləri, boru xətlərinin tikintisi üçün sistem həllər təklif edir. Təqdim olunan sistem həllərin tərkib hissəsi kimi ayırma, filtrləmə, səth bərkitmə, eroziyadan qoruma, su keçirməmə, təzyiqi azaltma, birləştirmə və drenaj funksiyalarını yerinə yetirən yüksək keyfiyyətli geosintetik məhsullar sırası çıxış edir.

TenCate Industrial Fabrics

TenCate Industrial Fabrics kommersiya qurumu Avropada 3 brend altında istehsal etdiyi məhsullarla sənaye təyinatlı parçalar sektorunu təmin edir: TenCate Geotube®, TenCate Nicolon®, və TenCate TopTex™. Şirkətin məhsullarının reallaşdırıldığı sahələrə susuzlaşdırma texnologiyaları, dəniz strukturları, su resurslarının idarəçiliyi, kənd təsərrüfatı və bağçılıq və digər sektorlar daxildir.

Qeyd edək ki, təqdimat mərasimi TenCate Geosynthetics şirkətinin Azərbaycandakı distribyutoru EVİM İnşaat şirkətinin təşkilatçılığı və Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəlyinin dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə