“Günəşli” yatağındakı yeni quyudan sutkada 85 ton neft hasil olunur

“Günəşli” yatağındakı yeni quyudan sutkada 85 ton neft hasil olunur

"Günəşli" yatağındakı 13-cü özüldə qazılmış 352 nömrəli quyu istismara verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, şirkətin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən fasilə lay dəstəsinə qazılan quyu 2895-2858 metr intervaldan sutkalıq 85 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyu "28 May" neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə