Qəbələdə keçirilən forumda Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forum iştirakçıları Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinə müraciət qəbul edib.
SİA-nın xəbərinə görə, müraciətdə deyilir ki, ölkə başçılarının təşəbbüsü ilə 2010-cu ildən keçirilən forumlar xoşməramlı ənənəyə çevrilib və Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişafına böyük töhfə verir: "V Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində 6 qurumlararası saziş və 5 biznes müqaviləsi imzalanıb. Ümumilikdə, forum dostluq və qardaşlıq şəraitində keçirilib".
Forum iştirakçıları əminliklə bildirir ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə liderlərinin siyasi iradəsi və səyləri nəticəsində yaranan strateji tərəfdaşlığın gücləndirilməsinə səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB