Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə Qafqaz regionunun ən böyük sığorta tədbiri olan V Azərbaycan Beynəlxalq Sığorta Forumu öz işinə başlayıb.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı jurnalistlərə açıqlama verən maliyyə naziri Samir Şərifov bu istiqamətdə işlərin aktivləşdiyini bildirib: "Baş nazirini müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaradılan işçi qrupuna rəhbərlik edir. Bu qrupda müvafiq qurumların nümayəndələri də təmsil olunub. İşlər bundan öncə də aparılırdı, amma indi biz bu işə yeni bucaqdan baxırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olacağıq. İşçi qrupu tərəfindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən ölkələrin təcrübəsindən yararlanırıq. Biz həm mənfi, həm də müsbət təcrübəni öyrənirik. Məsələn, elə ölkələr var ki, onlar icbari tibbi sığortanın tətbiqinə başlayanda çox uğurlu alınmışdı, lakin sonradan çox böyük problemlərlə üzləşiblər. Biz bu məsələdə ləng davransaq da, ümid edirəm ki, optimal bir modeli seçəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB