5 ayda 1 691 127 abonent qazla təchiz edilib

5 ayda 1 691 127 abonent qazla təchiz edilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda təbii qazla təhciz edilmiş abonentlərin sayı 1 691 127-yə çatıb. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, abonentlərin 1 670 117-si əhali, 21 010-u isə qeyri-əhali sektoruna aiddir.

Onların 715 624-ü Bakı şəhərinin, 975 503-ü isə regionların payına düşür. Abonentlərin hamısı sayğacla təmin olunub. Bu ilin yanvar-may aylarında 79 çoxmərtəbəli bina, ümumilikdə isə 7 975 mənzil qazlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə