23-24 iyun tarixlərində Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. SİA-nın məlumatına görə, iki gün davam edəcək Forum çərçivəsində Forumun Plenar İclasının keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə Dəyirmi Masaların təşkili nəzərdə tutulur.
Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Forumun Yekun Plenar İclasının sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sənədlər imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB