“SOCAR-AQŞ” MMC daha bir quyuda qazma işlərini başa çatdırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "Abşeron Qazma Şirkəti"nin (AQŞ) birgə müəssisəsi olan "SOCAR-AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) daha bir quyuda qazma işlərini başa çatdırıb. MMC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəssisə "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Günəşli" yatağının dayazsulu hissəsində 13 nömrəli stasionar dəniz özülündəki 352 nömrəli quyuda qazma işlərini yekunlaşdırıb. Fasilə lay dəstəsinə 2 min 950 metr dərinlikdə qazılan quyuda işlər rekord müddətdə - 26 günə tamamlanıb.

Qeyd edək ki, bundan əvvəlki rekord göstərici də məhz "SOCAR-AQŞ"yə məxsusdur. Belə ki, müəssisə tərəfindən 13 nömrəli stasionar dəniz özülündən 351 nömrəli quyu 29 günə 3 min 100 metr dərinlikdə qazılaraq layihə həddinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə