Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə bu ilin may ayı ərzində dövlət büdcəsinə daxilolmalar 133 mln. 574,2 min. manat təşkil edib. DGK-dən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.
Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 20 mln. 605,18 min. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 105 mln. 418,28 min. manat, aksizlər üzrə 6 mln. 127,22 min. manat, yol vergisi üzrə isə 1 mln. 423,52 min manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB