“Excelsior Hotel Baku”otelində “Nüfuzun idarə edilməsində PR-ın əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib FOTO
7 iyun tarixində "Excelsior Hotel Baku" otelinin "Boardroom" zalında "AtaHolding" Şirkətlər Qrupunun PR sahəsi üzrə mütəxəssislərinin dəyirmi masası keçirildi. Tədbirdə "AtaHolding" Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova, "AtaBank" ASC Kommunikasiya şöbəsinin rəisi Oruc İbrahimov, "AtaSığorta" ASC Marketinq departamentinin baş mütəxəssisi Şahin Səmədov, Bank VTB (Azərbaycan) ASC-nin PR üzrə aparıcı mütəxəssisi Polad Həmidov və digər ekspertlər iştirak etdilər.
Dəyirmi masa iştirakçıları innovasiyalı PR texnologiyaları, PR-əlaqələrin strateji əhəmiyyətini, imic və nüfuzun müqayisəli təhlilini, böhranlı kommunikasiyaların idarə edilməsini, ölkəmizdə ictimai əlaqələrin qurulması xüsusiyyətlərini müzakirə etdilər. Dəyirmi masa mütəxəssislərin çıxışları üzrə canlı müzakirələrin sərbəst şəraitində keçdi.
Tədbirdə Bank VTB (Azərbaycan) ASC-nin PR üzrə aparıcı mütəxəssisi Polad Həmidov "Kommunikasiyaların qurulmasında "sükutun" fəsadları" mövzusunda təqdimatla çıxış ediblər. Natiq kommunikasiyaların qurulmasında tənqidə münasibətdən, təşviqat və kommunikativ fəallıqdan danışmış, habelə PR-da hərəkət və hərəkətsizlik kateqoriyalarında söz açmışdır. P.Həmidov təqdimatda PR-da qeyri-maddi risklərin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd edib, kommunikasiyalarda problemlərin idarə olunması metodlarına da toxundu.
Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks , 45 "Heritage" – deluks, 9 "Duke" – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB