“Excelsior Hotel & Spa Baku” oteli yay mövsümü üçün yeni aksiya elan edib
1 iyun 2014-cü il tarixindən etibarən "Excelsior Hotel Baku" oteli açıq hovuzun yay mövsümünü açıq elan edib. Oteldə böyüklər və uşaqlar üçün hovuzlar var. Açıq hovuza giriş həftəiçi günlər bir nəfər üçün 20 AZN və həftə sonu günlər isə 30 AZN təşkil edir. 6 yaşına qədər uşaqların böyüklərlə birlikdə hovuz ətrafına girişi pulsuzdur. Açıq hovuzun ətrafında çimərlik mebelləri və çətirlər yerləşdirilib.
Hovuz ətrafında olan "Green House" restoranı, kafe və bar qonaqlara Türk və milli mətbəxin zəngin menyusu ilə xidmət göstərir. Otel şəhərin mərkəzində olmasına baxmayaraq bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Burada bol əyləncə ilə dolu gözəl günlər keçirmək olar.
Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Ətraflı məlumat üçün "Excelsior Hotel & Spa Baku"-nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Otel 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks, 45 "Heritage" - deluks, 9 "Duke" - standart otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB