Xutor dairəsində inşa olunan tunel gələn ay istifadəyə veriləcək FOTO

Xutor dairəsində inşa olunan tunel gələn ay istifadəyə veriləcək FOTO

"Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan 2-ci tuneldə bu gündən etibarən asfalt-beton örtüyünün salınmasına başlanılıb". Bu barədə SİA-ya açqılamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, uzunluğu 450, eni isə 10,5 metr olan iki hərəkət zolaqlı tunel Ə. Salamzadə küçəsindən Z. Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək: "Asfalt-beton örtüyün salınması işləri başa çatdıqdan sonra həmin tunel vasitəsilə nəqliyyatın hərəkəti təmin olunacaq və bundan sonra həmin ərazidə köməkçi hissənin asfaltlanmasına başlanılacaq. Demək olar ki, kompleksdə son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə