Prezident: "Azərbaycanın qaz ehtiyatı ən azı 2,5 trilyon kubmetrə bərabərdir"
"Bu gün Azərbaycanın imkanları bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır". SİA-nın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev bu gün Bakı Sərgi Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edərkən deyib.
Dövlət başçısı biıdirib ki, Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır: "Biz buna nail ola bilmişik. Digər tərəfdən neft-qaz resurslarından başqa məqsədlə istifadə etməmişik, əməkdaşlığı dərinləşdirmişik. Bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Yaxın müddətdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq. Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün Azərbaycanın Avropa və dünyada daha çox qaz istehsalçısı kimi tanınır. Milli təhlükəsizlik enerji təhlükəsizliyi ilə bağlıdır, bu iki amili ayırmaq mümkün deyil. Əsrin Müqaviləsindən 2 il sonra "Şahdəniz" qaz yatağının işlənməsinə dair bağlanan müqavilə böyük əhəmiyyət kəsb edir. Bu yataq dünyanın ən böyük qaz yataqlarından biridir və bizim qaz potensialımızın 50 faizini təşkil edir. Bizim digər böyük qaz yataqlarımız Ümid, Abşeron və digərləri də var. Bu yataqlarda qaz ehtiyatı ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu isə Azərbaycan və Avropanın uzun müddətli enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq. Azərbaycanın 7 ildir ki, qaz resurslarını dünya bazarına çıxarıb. Neft və qaz 7 kəmərlə nəql edilib. Bizim ehtiyatlarımız üçün regional bazarlar kifayət etmir, daha böyük bazarlara çıxmalıyıq. Cənub Qaz Dəhlizinin reallaşması bu gün "Şahdəniz" qaz yatağından asılıdır. Bu yatağın işlənilməsi ilə bağlı bütün məsələlər həllini tapıb".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz qazının Avropaya nəqli ilə bağlı layihələrin həyata keçməsində maraqlıdır: "Yol verə bilməzdik ki, Cənub Qaz Dəhlizi bir ideya kimi qalsın. Trans Anadolu Qaz Kəməri - TANAP layihəsinin reallaşması üçün böyük səy göstərmişik. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə imzalanıb, artıq praktiki işlərə başlanıb. Çox şadam ki, BP də TANAP-ın səhmlərinə sahib olub. TANAP Cənub Qaz Dəhlizinin reallaşmasına böyük təsir göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB