Vahid Əhmədov : “Qeyri-neft sektorunun inkişafı üçün texnoparkları daha da genişləndirmək lazımdır”
"Ölkəmizdə qeyri-neft sektorunun inkişafı həmişə diqqət mnərkəzində olub. Azərbaycanın dövlət başçısı hökumətin qarşısında qeyri-neft sektorunun inkişafını məqsəd qoyub. Bunun bir sahəsi isə texnoparklardır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. O, ilk olaraq Sumqayıtda böyük texnoparkın istifadəyə verildiyini qeyd edib: "Orada 7-ə yaxın müəssisə fəaliyyət göstərir. Hazırda Sumqayıtda kimya texnoparkı da inşa olunur. Balaxanıda da böyük texnopark istifadəyə verilib. Nəzərdə tutulub ki, Qardağda, Mingəçevirdə və Gəncədə də texnoparklar inşa olunsun".
Azərbaycanda neft hasilatının 2012-ci ildən başlayaraq 5-6 faiz aşağı düşdüyünü bildirən millət vəkili gələcəkdə əhalinin gəlirində və dövlət büdcəsində problem olmamaq üçün sənayə parklarının yaradılmasına çox böyük ehtiyac olduğunu vurğulayıb: "Əsas məqsədlərdən biri də əlavə iş yerlərinin açılmasıdır. Daha iri sənaye parklarının yaradılmasına çalışmaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsinə əlavə dəyər gətirsin, güclü vergi vermək imkanına malik olsun. Bu, çox düzgün siyasətdir. Qeyri-neft sektorunun inkişafı üçün texnoparkları daha da genişləndirmək lazımdır"- deyə, millət vəkili sözlərini bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB