“Günəşli” yatağında quyu istismara verildi

“Günəşli” yatağında quyu istismara verildi

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

SİA ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə yataqdakı 8 nömrəli dərin dəniz özülündə 288 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə lay dəstəsindən 2775-2769 metr intervaldan fontan üsulu ilə sutkalıq 70 ton neft, 17000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə