2013-cü ildə dövlət büdcəsinin gəlirləri artıb

2013-cü ildə dövlət büdcəsinin gəlirləri artıb

"2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19159 mln. manat proqnoza qarşı 19496,3 mln. manat və yaxud 101,8 faiz icra olunub ki, bu da 2012-ci ilin icra göstəricisinə nisbətən 2214,8 mln. manat (12,8 faiz) çoxdur. ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur". SİA-nın xəbərinə görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov 2013-cü il dövlət büdcəsinin gəlirlərindən danışarkən deyib.

Onun sözlərinə görə, dövlət büdcəsi gəlirlərinin 58,2 faizi və yaxud 11350 mln. manatı Dövlət Neft Fondundan transfert, 34,2 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların (6400 mln. manat proqnoza qarşı icra 6664 mln. manat və yaxud 104,1 faiz), 7,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların (1380,0 mln. manat proqnoza qarşı icra 1383,2 mln. manat və yaxud 100,2 faiz), 0,5 faizi isə başqa daxilolmaların (29 mln. manat proqnoza qarşı icra 99,1 mln. manat və yaxud 3,4 dəfə çox) payına düşür: "Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 3763,9 mln. manatı və yaxud 56,5 faizi qeyri-neft sektorunun (2012-ci illə müqayisədə 473,2 mln. manat və yaxud 14,4 faiz çox), 2900,1 mln. manatı və yaxud 43,5 faizi neft sektorunun payına düşmüşdür. Neft sektoru üzrə daxilolmaların 1494,2 mln. manatını Dövlət Neft Şirkəti, 1405,9 mln. manatı isə neft qaz sahəsində hasilat pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib".

Nazir müavini onu da qeyd edib ki, 2013-cü il dövlət büdcəsinin xərcləri 19850 mln. manat proqnoza qarşı 19143,5 mln. manat və yaxud 96,4 faiz icra edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 1727 mln. manat və yaxud 9,9 faiz çoxdur: "ÜDM-də dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 33,2 faiz təşkil etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,4 faiz çoxdur. Strukturuna görə 2013-cü il dövlət büdcəsi xərclərinin 9193,3 mln. manatı və ya 48 faizi cari xərclərə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 84,9 mln. manat və yaxud 0,9 faiz azdır. Əsaslı xərclərə dövlət büdcəsi xərclərinin 9222 mln. manatı və yaxud 48,2 faizi yönəldilib ki, bu da 2012-ci ilə nisbətən 1296,1 mln. manat və yaxud 16,4 faiz çoxdur. Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə 728,2 mln. manat və yaxud ümumi xərclərin 3,8 faizi həcmində vəsait yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 515,8 mln. manat və yaxud 3,4 dəfə çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə