Azərbaycan Koreyada sərgiyə qatılacaq

Azərbaycan Koreyada sərgiyə qatılacaq

Cənubi Koreyada XII Beynəlxalq Ferment Qida Sərgisi təşkil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, sərgi oktyabrın 23-27-də Ceoncu şəhərində baş tutacaq.

Məlumata görə, sərgidə Cənubi Koreyanın və 20 xarici ölkələrin 335 şirkətinin 400-dən çox köşklə qatılacağı gözlənilir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Sərgidə iştirakda maraqlı olan iş adamları Azpromo-ya müraciət edə bilər

Bütün xəbərlər Facebook səhifəmizdə