"Köhnə avtomobillərin utilizasiyası hökumətin gündəmində deyil"

"Köhnə avtomobillərin utilizasiyası hökumətin gündəmində deyil"

"Avro-2 ekoloji standartından birbaşa Avro-4 standartına (Avrо-3 standartına keçmədən) keçid istisnasız olaraq avtomobillərdən zərərli maddələrin atmosferə atılması tələblərinin sərtləşdirilməsi ilə bağlıdır. Avro-4 ekoloji standartının tələbləri Avro-3 ekoloji standartının tələblərindən təqribən 50 faiz sərtdir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlanmasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sertifikatlaşdırma və Standartlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev deyib.

S. Abdullayev həmçinin köhnə avtomobillərin utilizasiyası (məhv edilməsi) və onların sahiblərinə kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirərək bildirib ki, bu məsələ hökumətin gündəmində deyil: "Komitə 100-ə yaxın yeni standart hazırlayıb və onlar aprelin sonunadək dövlət qeydiyyatına təqdim ediləcəklər. Yalnız bu standartlar hazırlandıqdan və Bakıda 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz və neft-kimya kompleksi işə düşdükdən sonra "Euro-5" ekoloji standartına keçid barədə düşünmək mümkündür".

Dövlət Komitəsi Sumqayıt Texnologiyalar Parkının Texniki Komitəsi ilə birlikdə dörd standart (naqillər və borular üzrə) hazırlayıb ki, onlar artıq dövlət standartı kimi qəbul edilib: "100 yeni standarta gəlincə, onlar bilavasitə neft emalı zavodunun tikintisi ilə bağlıdır və mayın sonunadək dövlət qeydiyyatına təqdim ediləcək".

S. Abdullayev qeyd edib ki, ümumilikdə SMPDK 500-ə yaxın yeni standart hazırlamaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə