"Azəryolservis" ASC: "Yolun çökməsi uzunmüddətli sızmalar səbəbindən baş verib"
"Bakının Nobel prospektində yolun çökdüyü hissədə torpaq yuyulmasının kollektor üzərində olması ehtimal etməyə əsas verir ki, yolun çökməsi bu kollektorda olan uzunmüddətli sızmalar səbəbindən baş verib. Kommunikasiya xəttlərində baş verən qəzalar nəticəsində asfalt-beton örtüyünün çökməsi hadisəsi birinci dəfə deyil". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, həmin ərazidə nə vaxtsa çalanın olması və yumşaq torpaqla doldurulması barədə söylənən fikirlər tamamilə əsassızdır: "İstismara veriləndən sonra, həmin hissədə "Azeryolservis" ASC tərəfindən heç zaman təmir işləri aparılmayıb. Hansısa podratçı tərəfindən texnoloji prosesə tam əməl olunmadan iş aparılsa belə, orada heç bir halda 10 metr dərinliyində çökmə yarana bilməzdi. Yaranmış çalaya gəlincə, həmin yolda intensiv hərəkətin təmin edilməsi və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq məqsədilə, həmin çala "Azəryolservis" ASC tərəfindən doldurulub və aidiyyatı üzrə yol istismar sahəsinə də tapşırıq verilib. Yəni lazım gələrsə, həmin ərazidə problem baş verərsə, təcili bərpa işləri aparılacaq. Hazırda həmin ərazi "Azeryolservis" ASC tərəfindən tam nəzarətə götürülüb. Nəzərə almaq lazımdır ki, çökmənin əsas səbəbi nə vaxta qədər ki, aradan qaldırılmayıb, həmin sahədə çökmənin təkrar baş verməsi qaçılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB