Nazir müavini: "Azərbaycanın 150-dən artıq ölkə ilə ticarət əlaqələri var"

Nazir müavini: "Azərbaycanın 150-dən artıq ölkə ilə ticarət əlaqələri var"

"Hazırda Azərbaycanın 150-dən artıq ölkə ilə ticarət əlaqələri var". SİA xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 10 ildə ölkəmizin ümumi daxili məhsulu 3,5 dəfə artıb: "Qeyd olunan müddətdə Azərbaycanın büdcə gəlirləri 16 dəfə, xarici ticarətdən əldə olunan gəlirləri isə 6,6 dəfə artıb. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. İqtisadiyyat 2,5 faiz artıb. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə endirilib. Ölkədə işsizlik səviyyəsi 5%-dir. İqtisadiyyatımız Cənubi Qafqaz iqtisadiyyatının 75 %-ni təşkil edir. Bu gün Azərbaycan regional layihələrin reallaşdırılmasında əsas tərəfdaşlardan biridir. 2006-cı ildə neft-qaz sektoru ümumi daxili məhsulun 60%-ni təşkil edirdisə, indi bu rəqəm 40%-ə endirilib. Məqsədimiz 2020-ci ilə qədər ölkədə qeyri-neft sektorunu sürətlə inkişaf etdirməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə