Şahin Mustafayev Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
Nazirlikdən SİA-ya verilən məlumata görə, Ş. Mustafayev ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Nazir əlavə edib ki, iqtisadi əlaqələrin genişləndirilməsi, xüsusilə də kənd təsərrüfatı, əczaçılıq və s. sahələrdə böyük potensial var.
Argentinalı diplomat isə ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini söyləyib. O, bundan sonra da Azərbaycan-Argentina əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB