Tbilisi prospektində hərəkət məhdud olacaq

Tbilisi prospektində hərəkət məhdud olacaq

Bakının ən böyük prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə