Azərbaycan-İspaniya biznes forumu keçiriləcək

Azərbaycan-İspaniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) mərbuat xidmətindən SİA-ya verilən məlumata görə, 24 aprel tarixində keçiriləcək forum İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqayonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən İspaniya şirkətləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə