Sənaye sahəsində çalışanların əmək haqqı artıb

Sənaye sahəsində çalışanların əmək haqqı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 2,6% artaraq 184,8 min nəfər təşkil edib, onların orta aylıq əmək haqqı isə 7,8% artaraq 652,9 manat olub.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, işçilərin 35,1 min nəfəri mədənçıxarma, 91,9 min nəfəri emal, 31,9 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha çox artımı emal bölməsinin poliqrafiya fəaliyyəti, elektrik avadanlıqlarının, əczaçılıq məhsullarının, içki, ağac emalı və ağacdan məmulatların, geyim, rezin və plastmas məmulatlarının, qida məhsullarının, tütün məhsullarının, dəri və dəri məmulatlarının, tikinti materiallarının, neft məhsullarının, toxuculuq sənayesi məhsullarının, sair nəqliyyat vasitələrinin, kağız və karton, maşın və avadanlıqların istehsalı müəssisələrində müşahidə olunub. Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 9,9% artaraq 781,6 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə