RYTN-in ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Əli Abbasov ilk olaraq Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinmaik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.
Daha sonra kollegiya iclasında ilk rüb ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülən işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Məruzəni təqdim edən Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov bildirib ki, 2014-cü ilin I rübü ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 % artıb: "Həmçinin, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 % təşkil edib. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir. Ölkədə əhalinin internet xidmətlərinə təlabatının artmasının və ümumi tutumu 250 Gb/s-ə çatdırlıb".
Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssislərinin rəhbərlərinin çıxışları dinlənilib.
Növbəti illərdə də uğurlu inkişafın tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda durduğunu deyən Ə. Abbasov nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, mobil operatorlarla tariflərin tənzimlənməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək I Avropa yay olimpiya oyunlarında telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB