Bu gün kapital bazarında maliyyələşməni təşviqi məqsədləri üzrə həyata keçirilən "Listinq məsləhət proqramı"nın (LMP) təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, LMP layihəsi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan "2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi (QKDK) və Bakı Fond Birjasının (BFB) müvafiq strategiyasına uyğun həyata keçirilir.
Tədbirdə ilk olaraq çıxış edən Bakı Fond Birjasının idarə heyətinin sədri Fariz Əzizov bildirib ki, LMP çərçivəsində capital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə BFB-nin, habelə digər peşəkarların- auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla dəstəyi nəzərdə tutulub: "Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, potenisal şirkətlərin və emitentlərin müəyyən olunması, onlara əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resusrlarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir".
QKDK-nin sədr müavini İlqar Muradov isə çıxışında qeyd edib ki, LMP-nın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında uğurla faəliyyət göstərən və öz seqmentlərinin liderləri olan şirkətləri korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, hesabatlığın təşviqi, kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaqdan və bununla da həmin şirkətlərin kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdır.
Təqdimat mərasimindən BFB-nin tərəfdaşları olan audit şirkəti KPMG, hüquq şirkətləri- Dentons və Baker&McKenzie, broker şirkətləri- Pasha Kapital, Standart Kapital, İnvestAZ və Chealsea Capital arasında birgə əməkdaşlıq haqqında Kollektiv saziş, habelə BFB ilə İPO-ya hazırlaşan Golden Pay şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Tədbirdə beynəlxalq və yerli maliyyə institutları, bank və seçilmiş şirkətlərin təmsilçiləri, broker şirkətlər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB