Kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq" ASC-nin Yevlax Aqroservis filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış "Belarus" tipli "MTZ" markalı traktorlara baxış keçirib. SİA xəbər verir ki, nazir əvvəlcə Yevlax Aqroservis filialında yaradılmış təlim-tədris mərkəzi, təmir emalatxanası, anbarlar və yeni texnikalarla tanış olub. Məlumat verilib ki, Yevlax Aqroservis filialı yenidən qurulub, daxilində təlim-tədris mərkəzi və müasir təmir emalatxanası yaradılıb. Tədris mərkəzində 226 nəfər mexanizatora texnikaların idarə olunması üçün təlimlər keçirilib.
Sonra respublikanın rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edib.
Fermer və sahibkarlar qarşısında çıxış edən nazir Heydər Əsədov ölkə başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayaraq bildirib ki, Aqroservis filialına gtirilmiş 108 ədəd MTZ markalı traktordan 70-i qeydiyyat nişanı və texniki sənədləri ilə birlikdə lizinq yolu ilə fermer və sahibkarlara təqdim edilib.
Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir H. Əsədov sonra "Azərtoxum" MMC-nin iş fəaliyyəti ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB