"Qaradağ" yatağında quyu istismara verilib

"Qaradağ" yatağında quyu istismara verilib

"Qaradağ" yatağındakı 469 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VII horizontuna qazılmış quyu 1889-1879 metr intervaldan sutkalıq 100 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə