Son üç ay ərzində "Ucar Elektrik Şəbəkəsi"nin istismar sahələrindəki transformator məntəqələrinin 9-da müxtəlif təyinatlı təmir işləri aparılıb. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik II "Şəhər", I-II "Kənd", "Quşçuluq" və digər HX-lərin ümumilkdə 1,7 km-i təmir edilib, 500 metr naqil dəyişdirilib, 5 dayaq yenisi ilə əvəz edilib və 4 travers quraşdırılıb. 0,4 KV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı isə xətlərin 4,5 km-i təmir olunub, 2,2 km-ə yaxın naqil dəyişdirilib, 24 dayaq yenisi ilə əvəz edilib və 7 travers quraşdırılıb. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik xətlərin bir neçəsinin trassası yaşıl kütlədən təmişlənib, dayaqlar düzləndirilib və naqillərin qabariti bərpa olunub.
Yeri gəlmişkən, avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək istiqamətində də həyata keçirilən tədbirlər istehlak edilən elektrik enerjisinin istehlak dəyərinin ödənişinə və elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına da öz müsbət nəticəsini göstərib. Belə ki, ötən il ərzində müəssisə üzrə ümumilikdə 71,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bunun da 32 milyon kilovatsaata yaxını daimi əhalinin payına düşür. Görüləb tədbirlər nəticəsində 2013-cü il ərzində ümumi ödəniş 2012-ci illə müqayisədə mütləq 8 faizə yaxın artıb. O cümlədən, daimi əhali qrupu üzrə bu göstərici isə 8,1 faiz olub. Qeyd edək ki, cari ilin yanvar ayında isə ümumilikdə 7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 43 min kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə isə dinamik artım qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 3,1 milyon kilovatsaatdan artıq olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 22 min kilovatsaat artıb, ödəniş də müəyyən qədər mütləq artıb.
İstehlakçıların "Elektrik enerjisindən istifadə qaydaları"na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 16 istehlakçının qaydaları pozması faktı aşkar edilib. Aşkar ediləb qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 81,5 min kilovatsaatdan artıq itiriləb elektrik enerjisinin 4,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən illərdən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.
2013-cü il ərzində isə 350-yə yaxın (bunun 306-ı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunub. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 2 milyon 31,7 min kilovatsaatdan artıq (bunun 1 milyon 763,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 121,9 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğ tamamilə ödənilib və eyni zamanda 2012-ci ilin aktlarına görə yaranan debitor borcun da müəyyən hissəsinin ödənişi təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB