M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar poçt markası buraxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar poçt markası buraxıb.
RYTN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 200 min tirajla buraxılan markanın üzərində Azərbaycan bayrağı və M.Ə. Rəsulzadənin şəkli təsvir olunub. Markanın nominal dəyəri 20 qəpikdir.
Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin noyabr ayının 22-də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB