"Sovetskidə sökülən evlərin yerində ilkin sxematik plana görə, heç bir bina, ev və ya obyekt tikiliməyəcək. Həmin ərazi tamamilə yaşıllıqdan ibarət olacaq". SİA-nın məlumatına görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Papanin və Xutor ərazilərində də bu məsələ aktualdır: "İlkin planın sxemində həm Sovetski, həm Xutor, həm də Papanində söküləcək evlərin yerində yalnız yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulub. Lakin həmin ərazilədə yaşayan insanlar oradan köçməsə, o zaman həmin ərazilərə uyğun yeni plan hazırlana bilər. Hazırda əlimizdə ilkin planın sxemi var. Biz hələ bilmirik ki, oradan neçə nəfər köçəçək. Sökülmə işləri başa çatdıqdan sonra yeni planın hazırlanmasına ehtiyac olub-olmadığı müəyyənləşəcək. Yaşıllaşdırma ilə yanaşı, həmin ərazilərdə ictimai binalar tikilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB