Vüqar Bayramov: “Azərbaycan MDB ölkələri arasında 3-cü yeri tutur” MÜSAHİBƏ
Müsahibimiz iqtisadçı-alim Vüqar Bayramovdur:
- Vüqar müəllim, Azərbaycan dövlətinin pensiya siyasəti ümumilikdə pensiyaçıların yaşayış səviyyəsinin təminatına nələri verir?
- Pensiya siyasəti Azərbaycanın sosial siyasətinin bir hissədir. Pensiya sitemində ciddi islahatlar isə 2006-cı ildən başlanıb. Pensiyalar yenidən hesablanıb və beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu islahatlarının aparılmasında əsas pioritet istiqamət ondan ibarətdir ki, insanlar sosial ayrımları daha çox olsun və insanlar pensiya almaq imkanında olsunlar. Qeyd edim ki, vətəndaşlar öz pensiya məbləğlərinə təyin etmək və bu ödənişlərə uyğun olaraq əmək pensiyalarını müəyyənləşdirmək imkanları var. Vətəndaşların ödədikləri vəsait demək olar ki, sonradan pensiya formasında ona qaytarılır. Yeni sistem tətbiq edilməyə başlanılır ki, bu da daha çox işləyən vətəndaşın daha çox pensiya alması ilə nəticələnir. Azərbaycanda pensiya islahatları yalnız pensiyaların hesablanması qaydasını dəyişmədi. Eyni zamanda vətəndaşların daha çox pensiya almasına xidmət edən bir islahat oldu. Bu da birmənalı şəkildə vətəndaşların pensiya sistemindən daha çox faydalanmasına gətirib çıxardı. Eləcə də pensiyaların əvvəlki illlərlə müqayisədə daha çox reqistrasiya olunmasına səbəb oldu. Pensiya məbləğlərinin reqistrasiya olunması birmənalı şəkildə imkan verir ki, istehlak qiymətinin dəyişməsindən asılı olaraq vətəndaşlar sığortalana bilsin.
- Əmək pensiyaların həcmində artımların olması hansı formada həyata keçiriləcək və bu zaman insanların əmək fəaliyyəti, yaşayış vəziyyəti nəzərə alınacaqmı?
- Pensiya islahatları məhz, əmək fəaliyyətinə uyğun olaraq hesablanır. Burada daha çox əmək haqqı, daha çox pensiya prinsipi tətbiq olunur. Son on ildə pensiya məbləğləri 4 dəfəyə yaxın artıb. Bu isə həm əmək pensiyalarına, həm də, yaşa görə pensiyaların artırılmasına şamil ediləcək. Verilən sərəncam pensiyaların baza hissəsini artırmaqla Azərbaycanda pensiya məbləğlərinin yüksəlməsinə gətirib çıxaracaq. Bu isə əsas verir ki, gələcəkdə Azərbaycan MDB ölkələri arasında pensiya məbləğinə görə birinci yeri tutsun.
- Pensiyaçıların digər ölkələrlə müqayisədə aylıq haqlarının fərqli olduğu qeyd olunur. Azərbaycan pensiyaçıları digər ölkələrin pensiyaçıları ilə müqayisədə nəyi deməyə əsas verir?
- Azərbaycanda pensiyaların hesablanması qaydası tətbiq edildikdən sonra, pensiyaların məbləğində 40% artım müşahidə edilib. Region dövlətləri ilə müqayisədə adambaşına düşən pensiya miqdarına görə Azərbaycan Qafqazda birinci yeri tutur. Belə ki, Gürcüstan və Ermənistanda orta pensiya məbləği Azərbaycanla müqayisədə iki dəfə azdır. Orta Asiya ölkələri ilə müqayisədə isə, Azərbaycan daha yüksək pensiya məbləğinə malikdir. Azərbaycan minimum pensiya məbləğinə görə, MDB ölkələri arasında 3-cü yeri tutur. Belə ki, Azərbaycanda pensiyaların məbləği 200 dollara yaxınlaşır. Bu isə MDB ölkələri arasında Azərbaycanın ilk yerlərdən birini tutmağa imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB