Vüqar Bayramov:"Davos forumu Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərir"
"Davos iqtisadi forumu əhəmiyyətli forumlardan biridir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu forumda ölkə başçıları, nazirlər və bir çox iş adamları iştirak edir: "Bu forum Azərbaycanın öz imkanlarını və investisiya potensialını təqdim etməsi cəhətdən də öz əhəmiyyətini qoruyur. Azərbaycan isə bununla öz investiya imkanlarını təqdim edə bilir. Bu iqtisadi forum Azərbaycanın uğurlar qazanmasında baza rolunu oynayır".
Vüqar Bayramov onu da qeyd edib ki, bu forum, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərir: "Bu il forumun proqramına 4 əsas mövzu - innovasiyanın müasir həyata təsiri, qlobal inkişaf perspektivləri, vətəndaş cəmiyyətinin iqtisadi proseslərə təsiri, dünya əhalisinin artımı kimi məsələlər daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB