Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi ötən ilin dekabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 363 ton xam neft ixrac edib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu, 2012-ci ilin dekabr ayı ilə müqayisədə 1,4% çoxdur.
Hesabat ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 242 218 ton xam neft ixrac edilib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 49,8% çoxdur. Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə 1 467 84 ton xam neft ixrac edilib ki, bu da bundan əvvəlki ilin dekabr ayına nisbətən 10,9% azdır.
Ümumilikdə, 2013-cü il ərzində Novorossiysk limanından 1 751 023 ton xam neft ixrac edilib ki, bu 2012-ci ilə nisbətən 12,4% azdır.
Keçən il Supsadan neft ixracı 0,5% azalaraq 2 725 950 ton, Ceyhan limanından isə 2,2% azalaraq 19 748 027 ton təşkil edib.
Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB