Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 5 667,9 mln. manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, artımın 62,8%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 4 259,3 mln. manatlıq və ya 6% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 55,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 manat və ya 9,8% çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə