Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi (SMPDK) yanacaqdoldurma məntəqələrində hər gün yoxlamalar aparır. SİA-nın məlumatına görə, bu barədə SMPDK-nın sədri Ramiz Həsənov jurnalistlərə verdiyi açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, ölkədəki qiymət artımından sonra yanacaqdoldurma məntəqələrində keyfiyyətlə əlaqədar yoxlanışlar davam edir: "Bu gün bütün yanacaqdoldurma məntələqərində yanacaqların keyfiyyətilə əlaqədar yoxlamaların aparılması üçün xüsusi tapşırıqlar vermişəm. Yoxlamalar məntəqələrə xəbər verilmədən aparılır. Öncədən bildirilmədən məntəqələrə gedərək nümunələr götürülür. Bilrsiniz ki, Sumqayıt şəhərində müasir tələblərə cavab verən labaratoriyamız fəaliyyət göstərir. Götürülən nümunələr orada yoxlanılır. Hələ ki, yoxlamalarda hər hansı bir ciddi problemlə rastlaşmamışıq. Amma bu, çox ciddi nəzarətdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB