Bu ilin 11 ayında bir sıra müxtəlif təyinatlı obyektlər istismara verilib
Cari ilin yanvar-noyabrında respublikada bir sıra müxtəlif təyinatlı obyektlər istismara verilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ilin əvvəlindən ümumi sahəsi 1 milyon 874,4 min kvadratmetrə bərabər yaşayış sahəsi, 29 min 334 şagird yerlik ümumtəhsil məktəbləri, 1050 çarpayılıq xəstəxana, növbədə 248 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 1866 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub, Bakı şəhərində Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi, gəmiqayırma zavodu, Qaz Turbinli İstilik Elektrik Stansiyası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, Naxçıvan MR-da Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, polad boru zavodu, Şirvan şəhərində "Cənub" Elektrik Stansiyası, Abşeron rayonunda plastik qablar və priforminlər istehsalı və "Milla" süd məhsulları və dondurma istehsalı zavodlarının tikintisi başa çatıb və istismara verilib.
Həmin dövr ərzində Qazax rayonunda sement zavodu, Yevlax şəhərində hava limanı, Gədəbəy rayonunda yeni qızıl emalı zavodu, Qəbələ rayonunda üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda seramik plitələr zavodu, Şirvan, Xaçmaz, Qax və Saatlıda olimpiya idman kompleksləri, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, İsmayıllı rayonunda tikiş fabriki, "İsmayıllı-1" Su Elektrik Stansiyası, Ağcabədi rayonunda "Aqat-Aqro" heyvandarlıq kompleksi və digər obyektlər istifadəyə verilib.
İnşasına əvvəlki və cari illərdə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitin on bir ay ərzində 6 milyard 618,5 milyon manatından istifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB