Günter Ottinger: ""Şahdəniz-2" layihəsi AB ilə əlaqələri möhkəmləndirəcək"

Günter Ottinger: ""Şahdəniz-2" layihəsi AB ilə əlaqələri möhkəmləndirəcək"

"Bu gün "Şahdəniz 2" layihəsi üzrə qəbul olunan qərar tarixi əhəmiyyətlidir". SİA-nın məlumatına görə, Avropa Birliyinin enerji üzrə komissarı Günter Ottinger Bakıda "Şahdəniz 2" layihəsinin yekun investisiya sazişinin imzalanması mərasimində çıxışında belə deyib. Avropa Komissiyasının sədri adından Azərbaycanı və layihədə iştirak edən şirkətləri təbrik edən Günter Ottinger bildirib ki, layihənin həyata keçirilməsi AB ilə bölgənin əlaqələrini möhkəmləndirəcək və enerji ehtiyatlarının Avropaya nəqlini müxtəlifləşdirməyə imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə