Prezident İlham Əliyev: "Biz “neft lənəti” deyilən haldan qaça bilmişik"

" "Şahdəniz-2" layihəsi bölgənin enerji xəritəsini dəyişdirəcək". SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edərkən belə deyib. Prezidentin sözlərinə görə, "Şahdəniz-2" çərçivəsində gerçəkləşdiriləcək layihələr Azərbaycan qazının tələbat olan bazarlara çıxarılmasına imkan yaradacaq.

"Şahdəniz-2", TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən biri olduğunu deyən ölkə rəhbəri bildirib ki, bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılması gözlənilir. Dövlət başçısı Azərbaycan xalqını bu tarixi günlə əlaqədar təbrik edib və qeyd edib ki, enerji siyasəti Azərbaycan iqtisadiyyatının transformasiyası və diversifikasiyasına imkan yaradacaq. Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun da inkişaf etdirildiyini deyib: "Biz "neft lənəti" deyilən haldan qaça bilmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...