Eldar İbrahimov: "Son 12 ildə sahibkarlara 600 milyon manatdan çox kredit verilib"

Eldar İbrahimov: "Son 12 ildə sahibkarlara 600 milyon manatdan çox kredit verilib"

"Hazırda Azərbaycanda fermerlərə ayrılan kreditlər qaneedicidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, həm İqtisadiyyat və Sənaye Nazirliyi, həm də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sahibkarlara yüz minlərlə kredit vəsaiti ayrılıb.

"2001-ci ildən bu günə qədər sahibkarlara 600 milyon manatdan çox kredit verilib. 2014-cü ilin dövlət büdcəsində də fermerlərə güzəştli kredit vəsaitlərinin, eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün əlavə vəsait nəzərdə tutulub. Fermerlərə kənd təssərrüfatı məhsullarının əldə olunması üçün lazım olan yanacaq və gübrə 50 faiz güzəştlə verilir. 2001-ci ildən 2012-ci ilə qədər bu güzəşt hesabına 1 milyon 400 min manat büdcəyə keçirilməsi nəzərdə tutulan vəsait kənd təsərrüfatı istehsalçılarında xərclənib. Nəticədə isə kənd təsərrüfatı məhsullarının həcmi 4,4 dəfə artıb" - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə