Noyabrın 27-də Göyçay şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Göyçay, Ağdaş və Zərdab rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açıb. O, vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunmuş "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə qeyd olunub ki, indiyədək respublika üzrə 1394 nəfər müəllimə müvafiq təlim keçilib və "vergi dostu" sertifikatı təqdim olunub.
Qeyd edək ki, respublika üzrə "vergi dost"larının ümumi sayı 1497 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB