Nömrələrin daşınması prosesinin gecikmə səbəbləri MƏLUM OLDU

Nömrələrin daşınması prosesinin gecikmə səbəbləri MƏLUM OLDU

Azərbaycanda nömrələrin daşınması prosesinin gecikməsi mobil operatorların abonentləri tərəfindən narazılıqla qarşılanır. Artıq uzun müddətdir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) bu layihənin reallaşması üçün həyata keçirilən mərhələli proseslər barədə məlumat yayır. RİTN-in mətbuat xidmətindən əməkdaşı Kamal Hacıyev SİA-ya açıqlamasında bildirib ki, nömrələrin daşınması layihəsinin reallaşmasında texniki problemlər mövcuddur. Onun sözlərinə görə, xidmətin həyata keçirilməsinin dəqiq vaxtı hələ ki məlum deyil: "Texniki problemlər aradan qaldırıldıqdan sonra mobil operatorlar arasında nömrələrin daşınması xidməti fəaliyyətə başlayacaq".

Texniki problemlərin mobil operatorlarla bağlılığı məsələsinə gəlincə isə Azercell-in Telefon Mərkəzi təmsilçisi Nəzrin Mustafayeva SİA-ya açıqlamasında bildirib ki, nömrələrin daşınması xidmətini həyata keçirmək üçün Azercell mobil operatoru tam hazırdır: "Nömrələrin daşınması xidmətinin reallaşması məqsədilə layihəyə müxtəlif qurumlar cəlb edilib. Bunla əlaqədar xidmət test mərhələsindədir. Hazırda şirkət sistemin tətbiqi ilə əlaqədar son yoxlamalar aparır və layihə tezliklə reallaşacaq. Sistem istifadəyə verilən kimi bu barədə ictimaiyyətə məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə