Yaxın zamanlarda drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul ediləcək

Yaxın zamanlarda drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul ediləcək

"Yaxın zamanlarda drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul ediləcək". SİA-nın məlumatına görə, bu barədə Azəryolservis ASC-nin sədri Cavid Qurbanov jurnalistlərə verdiyi açıqmasında deyib.

O bildirib ki, yağış yağarkən yolların su gölməçələrinə çevrilməməsi ilə bağlı ciddi tədbirlər görülməkdədir və yaxın zamanlarda məsələ ilə bağlı problemlər aradan qaldırılacaq: "Əvvəllər Bakıda evlər tikiləndə drenajlara o qədər də ciddi fikir verilmirdi və səthi yanaşılırdı. Evlərin konalizasiya xətləri drenajlara qoşulur. Hazırda bunun ayrılması ilə məşğul oluruq. Hesab edirəm ki, məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Yaxın zamanlarda yollarda bununla bağlı məsələ həll olunacaq. Lakin əvvəlki illərə nisbətən yağış yağarkən sular bəzi yollarda yığılır".

Naxçıvan-İran səhəddində Culfa körpüsünün istifadəyə verilməsi məsələsinə gəlincə C.Qurbanov bildirib ki, məsələnin həlli ilə bağlı Azərbaycan tərəfindən heç bir problem yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə